Gənc millət vəkili Həştərxana səfər edəcək

media-hightechnic-468x90

загруженное (16)Azərbaycan Milli Məclisinin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının 4-cü zirvə toplantısında işitrak edəcək. Bu barədə Deputat zirvə toplantısı çərçivəsində təşkil olunacaq Xəzər Gənclik sammitinə qatılacaq. Sentyabrın 28-29-da Həştərxan şəhərində keçirləcək Gənclik sammitində müxtəlif ölkələrin gəncləri arasında əlaqəqlərin möhkəmləndirlməsi və birgə beynəlxalq layihələrin hazırlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

Sammit çərçivəsində Həştərxan qubernatoru Aleksandr Jilkin ilə görüş planlaşdırılıb. F. Muradov həmçinin zirvə görüşü zamanı Həştərxanda fəaliyyət göstərən milli diaspor təşkilatlarının nümayəndələri ilə keçirləcək görüşdə işitrak edəcək.
Gənclər samitinin yekunu olaraq gənclərlə əməkdaşlıq üzrə qətnamənin qəbulu və Xəzər hövzəsi Gənclərinin Assosiyasiyasının yaradılması gözlənilir.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə Bakıda 27 ölkəni təmsil edən gənclərin təşəbbüsü ilə təsis edilib. Qurumun hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni və humanitar əməkdaşlıq imkanlarını yaratmaqdır. (modern.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600