Gənc taksi sürücüsünə xəsarət yetirib

media-hightechnic-468x90

f2df85fe8b1a4bfd25a31377e873481aBakıda xuliqanlıqla üzləşmiş taksi sürücüsü polisə müraciət edib. “London TX4” markalı avtomobillə taksi fəaliyyəti göstərən, Ağsu rayon sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Elman Həsən oğlu bildirib ki, tanımadığı şəxs ona xəsarət yetirib.

Şikayətçinin sözlərinə görə, gecə saatlarında Nigar Rəfibəyli küçəsində sərnişinlə mübahisəsi düşüb. Bu zaman həmin şəxs sürücünün sifət nahiyəsinə zərbələr endirərək uzaqlaşıb.

İlkin araşdırmalardan sonra taksi sürücüsünə qarşı xuliqanlıq etmiş şəxsin paytaxt sakini, 1987-ci il təvəllüdlü Məmmədov Kamal Eldar oğlu olması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

(lent.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa