Gəncə sakini özünü bıçaqlayıb

Gəncə sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, təxminən 25-30 yaşlarında olan İlqar adlı şəxs qarının daxilə keçən bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Dediyinə görə o, özü özünü bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

COP29