Gəncədə qardaşının evindən oğurluq edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Teymur Həsənov, tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar.

Onlar maddi sübutlarla birgə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600