Gəncədə qatarın vurduğu qadın öldü – YENİLƏNİB

Gəncə şəhərində qatar piyadanı vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində baş verib. Qatar dəmir yolu xəttini keçmək istəyən 1966-cı il təvəllüdlü şəhər sakini Əkbərova Mirvari Oruc qızını vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Gəncədə qatarın vurduğu qadın ölüb. Həkimlərin səylərinə baxmayaraq, koma vəziyyətinə düşən 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızının həyatını xilas etmək mümkün olmayıb.