Gənclərdən təsirli video

media-hightechnic-468x90

84317Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırlayıb.

Yenicag.az xəbər verir ki, yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı gənclərin gözü ilə bir daha fərqli formada təqdim edilib.

“Bizi Unutma” adlı həmin layihə Müasir Gənclər klubunun və Xocalı Soyqırımı (Justice for Khojaly) səhifəsinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 23-cü anım ili üçün hazırlanıb. Bu barədə MGK-nın meneceri Orxan Ramaldanov ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, bu layihə Xocalı Soyqırımı zamanı öz gələcəklərindən, arzularından və həyatlarından məhrum olan azyaşlı həmvətənlərimiz simasında soyqırımda dünyasını dəyişən hər bir soydaşımıza həsr olunur.

Qeyd edək ki, video-çarxın ssenari müəllifi Anar Abdulov, rejissoru isə Cavad Salmanlıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600