Gəncləri ayırmaq istəyərkən bıçaqlandı

media-hightechnic-468x90

genclerin-kavgasini-ayirirken-oldu-4694234YENİCAG.AZ xəbər verir ki, yoldan keçərkən gənclərin mübahisə etdiyini görən və onları ayırmaq istəyən 48 yaşındakı Nihat Çalışqan bıçaqlanaraq öldürülüb.

Hadisə, Türkiyənin Kayseri şəhərində baş verib. İşdən çıxıb evinə getmək istəyən Nihat Çalışqan yolda bir qrup gəncin mübahisə və dava etdiyini görüb. B.B. ilə O.A-nın davasını ayırmaq üçün aralarına girən Çalışqan, 16 yaşlı gənc tərəfindən sinəsindən bıçaqlanıb. Ağır yaralanan Çalışqan, təcili yardımla Kayseri Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən qaçan gənc, polis tərəfindən 3 saat sonra saxlanılıb. O, Uşaq Şöbə Müdirliyinə təslim edilib.

Faktla bağlı istintaq davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600