!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclərin sosial şəbəkə HARINLIĞI: “Əgər normal cəmiyyətə çevrilmək istəyiriksə...”

!Reklam – Yazi

“Bizdə belə halların qarşısını sadəcə, inzibati metodlarla almaq mümkündür”.

Bu fikirləri fenomenlik iddiasında olan gənclərin və yeniyetmələrin n sosial şəbəkələrdəki qəbuledilməz fəaliyyətini dəyərləndirən sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə halların qarşısının alınması üçün dövlət tərəfindən radikal tədbirlərə əl atılmalı və sərt cəzalar tətbiq olunmalıdır:

“Təəssüf ki, bu sahədə vəziyyət getdikcə daha acınacaqlı hala gəlir. Yeniyetmələr sosial şəbəkələrdə özünü göstərmək, məşhurlaşmaq və pul qazanmaq üçün hər cür etik olmayan hərəkətlər etməyə başlayıblar. Bu məsələ artmaqda olan bir tendensiyadır.

Dünyada sosial şəbəkələrdə istifadəçi üçün yaş tələbi var. Lakin yeniyetmələr çox rahat şəkildə alqoritmi aldadaraq, özlərini 18 yaşdan böyük göstərib qeydiyyatdan keçirlər. Deməli, bu metod effekt vermir. Düşünürəm ki, belə halların qarşısının alınması üçün iki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində görülməli olan tədbirlər, digəri isə cəmiyyətin özüdür.

Cəmiyyət belə hesabları passiv boykot edə bilər. Əlbəttə, burada normal cəmiyyətdən söhbət gedir. Normal cəmiyyətin insanları belə kanalları blok və şikayət edərək sıradan çıxarırlar. Amma biz hələ də normal cəmiyyət olmadığımıza görə bu variantı kənara qoyaq. Bizdə belə halların qarşısını sadəcə, inzibati metodlarla almaq mümkündür. Ona görə də, radikal tədbirlərə əl atılmalı və sərt cəzalar tətbiq olunmalıdır.

Ümümiyyətlə, 18 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olmaları qadağan edilməlidir. Avropanın bir çox ölkələrində, ABŞ-in bəzi ştatlarında və Çində müəyyən alqoritmlər vasitəsilə xüsusi sistemlər qurulur.

Məsələn, Çində əhalinin “TikTok” şəbəkəsindən istifadəsinə vaxt məhdudiyyəti qoyulub. Bir şəxs həmin platformada 40 dəqiqədən çox videolara baxa bilmir. Yəni elə bir sistem qurulub ki, Çin auditoriyası orada ancaq elmi, maarifləndirici və digər faydalı videoları görür, izləyir.

Bizim ölkədə gənclərin əksəriyyəti elm arxasınca getmək, dil öyrənmək, xüsusi proqramları mənimsəyib inkişaf etmək əvəzinə sadəcə, telefonu əlinə alıb biabırçı videolar çəkmək və geyri-etik hərəkətlər etməklə, gündəmə gəlmək istəyirlər. Əgər normal bir cəmiyyətə çevrilmək istəyiriksə, biz özümüz belə kanalları blok etməliyik”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv