!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"General Hospital"dakı saxtakarlıqla bağlı cinayət işi başlandı - RƏSMİ

!Reklam – Yazi

Ötən gün Bakı şəhərində yerləşən “General Hospital”da saxta bülleten qalmaqalı ilə bağlı xəbər yayımlamışdıq.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır./unikal

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv