Generaldan sonra MTN-in sabiq idarə rəisi də azadlığa çıxdı

media-hightechnic-468x90

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Nizami Şirinov və rütbədən məhrum edilmiş Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum edilmiş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa çıxıb.

media-banner_tuq

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.

Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.

Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.

Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05