Gilgilçay və Dəmiraparançaydan sel keçir

media-hightechnic-468x90

İyunun 22-si saat 08:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda, eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600