Reklam: High Technic
hightechnic

"Google" sosial şəbəkəsini bağlayır - Səbəb

Google şirkəti Google+ sosial şəbəkəsinin fəaliyyətini gələn ilin avqust ayından 10 ay müddətinə fərdi istifadəçilər üçün dayandıracağını bildirib.

Yenicag.az xəbər verir ki, şirkət sosial şəbəkənin dəstəklənməsi ilə əlaqədar çətinliklər olduğunu bildirib və Google+ şəbəkəsinin istifadəçi versiyasının populyarlığının az olmasını səbəb göstərib.

İstifadəçilərin 90 faizi şəbəkədə təxminən 5 saniyə vaxt keçirib. Həmçinin şirkət Google+-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə də məlumat verib.

Məlumata əsasən şirkət bu sistem boşluğunu bu ilin mart ayında aşkar edib və onu tez bir zamanda aradan qaldırıb. İstintaq çərçivəsində kənar tərtibatçıların bu məlumatardan istifadə etdiklərinə dair bir sübut aşkar edilməyib. Məlumata əsasən kənar tərtibatçılar 2015-ci ilin mart ayından bu ilin mart ayına kimi istifadəçilərin özəl məlumatlarını əldə etmiş ola bilərlər. Əldə olunmuş potensial istifadəçi məlumatları arasında istifadəçinin adı, elektron poçt ünvanı, cinsi, yaşı və hesab fotosu var. Şirkət qeyd edib ki, məlumatlar arasında istifadəçilərin mesajları və onların kontaktlarındakı telefon nömrələri olmayıb.

Lakin servisin korporativ versiyası G-Suite biznes müştərilər paketinin daxilində fəaliyyətini davam etdirəcək.

 

www.yenicag.az

2396