Goranboyda müəllimi özünü güllələdi

media-hightechnic-468x90

img1377346Goranboy rayonunda intihar hadisəsi baş verib.

Goranboy Rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə bu gün saat 9 radələrində rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb. Uzun illər Dəliməmmədli Uşaq Musiqi məktəbinin direktoru işləmiş, hazırda isə o məktəbdə tar müəllimi kimi çalışan, 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu ov tüfəngi ilə sinif otağında özünə atəş açaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Məlumatlara görə, mərhumun külli miqdarda borcu olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa