Göygöldə azyaşlını avtomobillə vuraraq qaçan sürücü saxlanıldı

media-hightechnic-468x90

Göygöldə minik avtomobili ilə azyaşlını vurub qaçan şəxs saxlanılıb.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 25-də saat 15 radələrində Göygöl şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Üçtəpə kənd sakini 13 yaşlı S.Cəfərov vurulub.

Dərhal xəstəxanaya çatdırılan S.Cəfərova ilkin tibbi yardım göstərilib.

Göygöl rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2121” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05