!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göz yorğunluğu və kompüter

!Reklam – Yazi

Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vasitələrdəndir.

Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.

Yenicag.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova bu sahədə bəzi məsləhətlər verib: “Normal qaydada, fasilələrlə kompüterdə işləmək gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırmalar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır. Qırpmanın gözün nəm qalmasını təmin etdiyini nəzərə alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil”.

Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar.

Gülümbahar çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürən kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

COP29

www.yenicag.az

1543
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv