GSM operatorları günahkardır, yoxsa müştərilər?
Cahid İsmayıloğlu: “Ortalıqda bir fakt olmalıdır ki, bunu edən mobil operatorlar da cəzalandırılsın”
Bir sıra hallarda mobil operatorların oğurluq və özbaşınalığı kimi hallarla rastlaşırıq. İnsanlar bəzən elə olur ki, danışmadığı halda onun mobil telefonundan müəyyən qədər vəsait çıxılır.
Görəsən, niyə mobil operatorlar bu öşbaşınalığa görə cəzalandırılmırlar?
İnternet mütəxəssisi Cahid İsmayıloğlu Yenicag.az-a açıqlamasında bunun üçün ortalıqda faktların olmalı olduğunu bildirdi: “Mobil operatorların insan danışmadığı halda telefonundan vəsait çıxarması ilə bağlı ortalıqda bir fakt olmalıdır ki, bunu edən operatorlar da cəzalandırıla bilsin. Belə faktlar isə yoxdur. Sadəcə, vətəndaşın məlumatsız olmasından bu kimi məqamlar ortaya çıxır. Adətən vətəndaşlar “cin-kredit” xidmətindən istifadə edir. Bu halda müəyyən müddətdən bir götürülən krediti hissə-hissə mobil operator vətəndaşın hesabından çıxır. Vətəndaşların əksəriyyəti isə bu halda elə bilir ki, bunların hamısı əsassızdır. Amma inanmıram ki, mobil operatorlar belə oğurluq etsin. Sadəcə vətəndaş məlumatlı deyil. Vətəndaş işlətdiyi telefonu internetə qoşur, burada müəyyən oyun saytlarına üzv olur. Bu zaman həmin oyun saytları da üzvlük haqqı hesabda olan kontur vəsaitləri hesabına çəkir. Vətəndaş da məsələni bilmədiyindən günahı dərhal atır mobil operatorun üzərinə. Vətəndaşın müəyyən saytlara üzv olmasına isə mobil operatorlar cavabdeh deyil. Vətəndaş bilməlidir ki, ancaq danışıq üçün vəsait çıxılmır. Saytlardan istifadə edəndə, sim-kredit götürəndə, vətəndaşın daxil olduğu oyun saytlarına, internetə görə də vəsait çıxılır. Bəzən vətəndaş interneti söndürməyi uğudur. Orada müəyyən yenilənmə gedir. Bu halda da vəsait çıxır”.
Elçin