Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Güllələdiyi arvadını xəstəxanaya apararkən qəza törətdi, qadın öldü - Bakıda

Yasamalda 1977-ci il təvəllüdlü Həbib Bayramovun həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyərək öldürməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, H.Bayramov ehtiyatsızlıqdan güllələdiyi həyat yoldaşını xəstəxanaya çatdırmaq istəyərkən idarə etdiyi “Mercedes” markalı avtomobili aşıraraq qəza törədib. Qəzaya səbəb onun şok vəziyyətində olması olub.

***

12:24

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

www.yenicag.az

1129
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM