!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günay ARDA: Kişi olun, İlham olun

!Reklam – Yazi

gunay_ardaAvropa Oyunları, açılış, hər şey möhtəşəm idi. Paraolimpiya oyunları , Avropa və dünya çempionu İlham Zəkiyev əlində məşəl meydana çıxdığı anda isə mənim üçün hər şey bitmişdi. Ayaqlarımın bağı çözülmüşdü…

İlham Zəkiyev gözləri görmür, amma özünün də dediyi kimi işığı var. İlham özü haqqında belə deyir: “ Görmək göz məsələsi deyil, ürək məsələsidir. Gözü görənlərin hamısının ürəyinin işığı yoxdur. “

İlham gözlərini erməni snayperindən açılan atəşlə itirib. Güllə onun sol gicgahından girib, sağdan çıxmışdı. Bir həftə rayon xəstəxanasında komada qalan İlhamın yaşayacağına ümid yox idi. Həkimlər deyirdi ki, idmançıdır, ürəyi mübarizə aparır. O demək idi ki, həyat işığı azdır.

İlham dünyaya ikinci dəfə anasının səsi ilə geri qayıdır. Xəstəxanaya gələn anaya açıq-aydın deyirlər ki, həyata dönüş üçün ümid azdır. Anası İlhamın əlindən tutub “oğlum” deyir. İlham qadın səsi ilə geri qayıdır. Ancaq evdən getdiyi kimi ikigözlü yox…

Tələbəlik dönəmində könüllü kimi işlədiyim Qarabağ əlilləri və Şəhid Ailələrinin İctimai Birliyində İlhamla tanış olmuşdum. Onun iki gözünü də itirməyini bir neçə müddət sonra, özü də başqalarından öyrənmişdim. İlham təşkilata özü gəlirdi, özü evə qayıdırdı, özü sərbəst yolu keçirdi. Gözümüzün içinə baxıb söhbət edirdi. Ya mən o zaman çox uşaq idim, gözün işığı ilə ürəyin işığını ayıra bilmirdim, ya da İlhamın öz işığı özünə bəs edirdi.

İlhamın gözlərinin açılması üçün prezidentin şəxsi fondundan yüksək məbləğ ayrılsa da, dəfələrlə Amerika və İsraildə əməliyyatlar keçirilsə də, İlhamın görmə qabiliyyəti bərpa olmadı.

Alnına, qulağına Çe Gevara şəkli döydürənlər İlhamı açılış mərasimində görüb tanımadı. Saytlarda, sosial şəbəkədə Zəkiyevin şəklini, müsahibəsini görüb qıcıqlananlar da oldu: “Bu idman yarışıdır, döyüş meydanı deyil”…

Qarabağ əlilini meydanda görmək, qızıl medal sayına sevinmək, ölkənlə fəxr etmək, ümumiyyətlə isə sevinmək günaha çevrilir, ətrafı qıcıqlandırır.

Vətənpərvərlik bütün dillərin kəşf etdiyi ən axmaq kəlmədir. Vətənpərvərliyin təbliğatı isə şizofreniyanın yəqin ki, tibbə tanış olmayan mərhələsidir. Torpağını, doğulduğun yerin insanını sevməyi insane təbliğ edə bilməzlər. Bu mümkün deyil. Şərəf hissini, özünəhörməti suspenziya halına çevirmək olmur.

İlhamı sevmək də elə asan deyil. İlham məhəllə davasında gözünü itirməyib. Əsgəri xidmətdən yayınmaq üçün min hoqqadan çıxan, özünü xəstəliyə vuran, hərbi komissarlıqlara ətəklə pul xərcləyənləri İlhamı həzm etməsi asan deyil. Həmçinin, İlham olmaq sosial şəbəkədə hürüşmək, ictimai nəqliyyatda qadın görəndə oturduğu yerdəcə şpaqat açmaq, qadın döymək, özünü tibb tarixində ilk dəfə hamilə qalmış kişi kimi aparmaq qədər asan deyil. İlham olmaq çətindir. Gözsüz bu dünyanı görmək, həyatdan ikiəlli yapışmaq, məhdud fiziki imkanlarını mənəvi gücü ilə balanslaşdırıb dünya çempionu olmaq hər kişiyə qismət olmur.

Görməyəndən sonra göz bir işə yaramır.

P.S : Kişi olun, İlham olun.

 

www.yenicag.az

1774
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv