Güney Azərbaycanlıların problemi müzakirə olundu

media-hightechnic-468x90

sabir rustemxanliSentyabrın 8-də Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Güney Azərbaycan türklərinin problemləri ümzakirə olunub. Tədbiri giriş sözü ilə açan VHP sədri və DAK-ın həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Güney Azərbaycanlıların üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. S.Rüstəmxanlı qeyd edib ki, elmi və ictimai dairələr məsələyə xüsusi önəm verməlidirlər: “Cəmiyyətin fikri Güney Azərbaycan türklərinə yönəldilməlidir”. DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı isə vurğulayıb ki, beynəlxalq statistikalarda Cənubi Azərbaycanda yaşayan türklərin sayı bilərəkdən azaldılır. B.Muğanlının sözlərinə görə, Güney Azərbaycan türklərinin mövcud problemləri gündəm mövzusu olmalıdır. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz çıxışında Cənubi Azərbaycandan olan türklərin Azərbaycan Respublikasında təhsil almalarına şəraitin yaradılmasının əhəmiyyətindən danışıb. KXCP sədri Mirmahmud Mirəlioğlu və digər çıxışçılar da məsələ ilə əlaqədar öz təklif və fikirlərini bölüşüblər. (olaylar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600