!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gürcüstan Azərbaycanı cəzalandırmaq üçün göstəriş yerinə yetirir”

!Reklam – Yazi

Gürcüstanda erməni terrorçu Mixail Avaqyanın büstü qoyulduqdan sonra Azərbaycanla Gürcüstan arasında gərginlik yaranmışdı.

Avaqyanın büstünün götürülməsi üçün Gürcüstanda yaşayan azərbaycanlılar Tiflisdə, parlamentin qarşısında etiraz aksiyaları da keçirmişdi.

Bir neçə gün öncə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanda rəsmi səfərdə idi. Onun prezident İlham Əliyevlə görüşündən sonra verilən bəyanatlar iki ölkə arasında münasibətin düzələcəyi kimi dəyərləndirilib. Bundan sonra hadisələrin hansı formada inkişaf edəcəyi maraqla gözlənilir.

Gürcü prezidentin Azərbaycana gəlişi və bundan sonra baş verəcəklərlə bağlı “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlama verib.

Zəlimxan Məmmədli bildirib ki, indiki situasiyada nələrin baş verəcəyini söyləmək çətindir:

“Gürcüstanda Azərbaycana qarşı sağlam olmayan yanaşma var. Burada söhbət millətdən, bütövlüklə siyasi sistemindən yox, hazırki iqtidardan gedir. Bu məsələdə də, Rusiyanın barmağı var. Mahiyyət etibarilə Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq platformu var. Azərbaycanı bir növ küncə sıxıb, istəniləni almaq düşüncəsi var. Ən azı müşahidə olunan budur. Azərbaycanı son zamanlar İran, Ermənistan, Gürcüstan və Rusiya tərəfindən sıxışdıraraq Rusiyanın rəhbər olduğu Avrasiya İttifaqına qoşmaq cəhdləri var”.

Zəlimxan Məmmədli qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı oyununun içərisində Gürcüstan da görünür:

“Gürcüstan Cənubi Asetiya və Abxaziyanın işğalı ilə barışıb. Sadəcə Qərbə getmək üçün Rusiyadan aralanmaq istəyir və Azərbaycanı cəzalandırmaq üçün göstəriş yerinə yetirir. İndiki zamanda Gürcüstan prezidentinin mütləq səlahiyyətləri yoxdur. Sadəcə olaraq mesajlar önəmlidir. Ancaq mesajlar arasında “yaranmış anlaşılmazlıq aradan qalxacaq”, cümləsi olsaydı, o zaman demək olardı ki, büst götürüləcək və soydaşlarımızla bağlı bu və ya digər məsələlər yenilənə bilər. Bunları demək imkanlarımız yoxdur. Bir səfər oldu. Bundan sonra Gürcüstan prezidenti bildiyini edəcək, Azərbaycan da gücü çatanı etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

6532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv