Ölkəni siyasi böhrandan çıxarmaq üçün Fransa hakimiyyəti yeni parlament seçkiləri keçirə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Emmanuel Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir. Bu halda yeni seçkilər siyasi böhranı həll etmək üçün yaxşı həll yolu ola bilər”, deyə o vurğulayıb.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Makrona Ukraynaya diqqət yetirməyi tövsiyə edib. O, həmçinin qeyd edib ki, Fransa prezidentinin Rusiyanın Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxiləsi ilə bağlı yalanlarına münasibət bildirməyəcək.
Noyabrın 28-dən Tiflis və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etirazlar keçirilir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar, özünün dediyi kimi, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib./Qaynarinfo
www.yenicag.az