!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan Konstitusiya Məhkəməsi hökumətin iddiasını icraata qəbul etdi

!Reklam – Yazi

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) Gürcüstan hökumətinin ölkə prezidentinə qarşı iddiasını icraata qəbul edib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, hökumətin iddiasına məhkəmənin Plenumunda baxılması məqsədəuyğun hesab olunub.

KM-nin qərarında deyilir ki, Gürcüstan hökumətinin iyunun 10-da təqdim etdiyi konstitusiya şikayətində səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyin olunması və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan Prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb edilir.

Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan Prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət Gürcüstan hökumətinə məxsusdur.

KM-si bu məsələyə Plenumda baxacaq və müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstan Prezidenti hökumətin bir neçə ölkəyə səfir təyin edilməsi ilə bağlı namizədlərini təsdiqləməyib.

Hökumət bundan sonra səlahiyyətlərin bölünməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv