Gürcüstanda daxili turizm bərpa olunur

media-hightechnic-468x90

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu gündən etibarən ölkədaxili turizm tam bərpa olunub.

Bundan başqa, dəmir yolu ilə sərnişin daşımaları da işə düşüb.

İyunun 8-dən etibarən isə ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunmuşdu.

Qeyd edək ki, beynəlxalq turizmin iyulun 1-dən açılması gözlənilir.

Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Bu günədək Gürcüstanda 879 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05