Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha 8 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1145 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6459 nəfər karantində saxlanılır, 353 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 927 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.
www.yenicag.az