Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha 2 nəfər yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1179 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6919 nəfər karantində saxlanılır, 251 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 959 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.
www.yenicag.az