Gürcüstanın Azərbaycana borcu 7, 976 mln. dollar təşkil edir.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Bu ilin noyabrın 30-na olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb.
Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 6, 083 mln. dollar artaraq 5 mlrd. 108, 144 mln. dollar olub. Məbləğin 4 mlrd. 983, 653 mln. dolları hökumətin payına düşüb.
Gürcüstanın ən çox borcu olduğu ölkələrin arasında Almaniya (274, 748 mln. dollar) birinci yeri tutub. İkinci və üçüncü yerdə müvafiq olaraq Yaponiya (208,622 mln. dollar) və Fransa (187,224 mln. dollar) qərarlaşıb.
Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana olan borcu da oktyabr ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 15, 297 mln. dollar, 63, 567 mln. dollar və 9,023 mln. dollar təşkil edib./Report/
www.yenicag.az