Gürcüstanla sərhəddə rekord sayda yük maşını gözləyir

media-hightechnic-468x90

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.

Yenicag.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 77, “Mazımqara” gömrük postunda 16, “Astara” gömrük postunda 73, “Biləsuvar” gömrük postunda 5 yük maşını var. “Xanoba” gömrük postunda hazırda gözləyən yük avtomobili yoxdur.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa