Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Hacı Nurandan ETİRAZ: “Xəbəri mənimlə dəqiqləşdirə bilərdiniz...” - FOTO

“İnsanların şəxsi həyatını reytinq, İP xətrinə gündəm etməyək”.

Yenicag.az xəbər verir ki, bu sözləri teleaparıcı Hacı Nuran Hüseynov rəsmi “Facebook” səhifəsində yazıb.

Ötən gün şəxsi “Instagram” hesabında 13 il öncə xanımla çəkilmiş fotolarını paylaşan Hacı Nuran barəsində yayılan məlumatların əsassız olduğunu və həmin xanımın nişanlısı olmadığını bildirib:

“Hamı kimi mənim də öz şəxsi həyatım və özəl dünyam var. Bu dünyamda mənə yaxın olan insanlar, dostlar, tanışlar yetərincədir. Yaxşı dostlarım həmişə üzümü güldürüb, istər dar, istərsə də şad günümdə yanımda olub. Fərqi yoxdur, qadın və ya kişi… Mərd dostlarım kifayət qədərdir və mən onlarla nəinki şəkillərimi, həyatımı, sirrimi, dərdimi belə paylaşmışam. Mən illərdir bir aparıcı kimi fəaliyyət göstərirəm və əhatəmdə minlərlə, milyonlarla insan olur. Və o insanlarla saysız-hesabsız şəkillərim var. Tədbirlərdə, sərgilərdə, toyda, nişanda, ad günündə… Tələbəlik illərimdən indiyə qədər bu şəkillər mənim arxivimi zənginləşdirir və mən bu gün də olduğum, getdiyim bütün yerlərdə insanlarla şəkil çəkdirməyi xoşlayıram … Amma bu, mənim yanımda olan insanın – ələlxüsus da dünyasını dəyişmiş bir xanımın nişanlım olması qənaətinə gəlməyə əsas vermir”.

Hacın Nuran jurnalistlərin xəbəri dəqiqləşdirmədən yaymasına etirazını bildirib və bu məsələdə onları diqqətli davranmağa çağırıb:

“Xəbəri özümlə dəqiqləşdirib də yaza bilərdiniz. Axı mənim qapım da, messencerim də, telefonum da hamının üzünə açıqdır. Xüsusən də qələm dostlarımın … Lütfən, hörmətsizlik etməyək. İnsanların şəxsi həyatını reytinq, İP xətrinə gündəm etməyək. Dünyasını dəyişmiş bir insanın ruhunu incitmək günahdır. Gəlin, nə ölüləri şərləyək, nə də dirilərin xətrinə dəyək. Bunun bədəlini ödəmək var”.

Gülşən Şərif

www.yenicag.az

2447
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM