Hacıqabulda qəza oldu, 2 nəfər öldü

media-hightechnic-468x90

Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki nəfər ölüb və iki nəfər xəsarət alıb.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb. 99-DS-748 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, digər ağır yaralı Əliyar Şirəliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600