Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hakimiyyətdəkilər kreslolarını və pullarını fikirləşirlər” - Zərdüşt Əlizadə

Reklam: High Technic

“Postsovet məkanındakı münaqişələr eyni mərkəzdən idarə olunsa da, onların hər birinin fərqli qanunauyğunluğu var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ukrayna ilə Rusiya arasında yaranan “Kerç böhranı”nın mümkün inkişafını şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Kerç boğazında yaranan problemə görə Rusiya ilə yanaşı, Ukraynanın da məsuliyyəti var:
“Poroşenko yenidən prezident seçilmək üçün təxribatlara əl atır. Ukraynada hakimiyyət fırıldaqçı, oğru, vətənə xəyanət edən adamlardan ibarətdir.

Hakimiyyət Ukrayna xalqının gələcəyini fikirlərşmir. Onlar kreslolarını və pullarını fikirləşirlər”.

Politoloq Ukrayna-Rusiya gərginliyinin postsovet məkanındakı münaqişələri yenidən alovlandırmaq ehtimalını ciddi hesab etmir:

“Keçmiş sovet məkanındakı münaqişələr bir-birilərilə əlaqəli deyil. Başqa sözlə, postsovet məkanındakı münaqişələr eyni mərkəzdən idarə olunsa da, onların hər birinin özünəməxsus qanunauyğunluğu var”.

Səxavət Məmməd

www.yenicag.az

6723
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100