“Halal” kolbasalarda donuz əti, şokoladda isə bağırsaq çöpü aşkarlandı-Azərbaycanda!

media-hightechnic-468x90

55856Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2015 -ci il yanvar ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələri barədə statistik məlumat verilib.

Yenicag.az xəbər verir ki, bir sıra firmaların fəaliyyətində ciddi nöqsanlar tapılıb.

Belə ki, “Unlu qənnadı və dietik məmulatları” bölümündə göstərilir ki,

“Evrokond” MMC-nin “Yuvelirnoye” nişanlı şəkərli, “Lakom” ASC-nin  “Vesyoliy zoosad” nişanlı sərt peçenyelər ümumi mikroorqanizimlərin sayına görə standartın tələblərinə cavab vermir.

Azərbaycana Rusiyadan idxal edilən bu iki məhsul kimi  “Rot Front” nişanlı “leqenda” vaflisi də sağlamlığa zərərlidir.

Ət və ət məhsulları sahəsində də problemlər var. Belə ki, “Lider R.M” nişanlı “Moskovskaya

texnologiya” adlı bişmiş hisə verilmiş “Servelat kolbasası” ilə “İlahə-96” İKM-ə məxsus kolbasalarda təqdim edilmiş nümunədə məhsulu markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib.

“Aymin” MMC-nin də “Bakı” nişanlı bişmiş hisə verilmiş servelat kolbasasından məhsulun

markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib. Qeyd edək ki, hələ bir müddət öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan “Aymin” MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Aymin” MMC-yə 8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Ölkəmizdə satılan Polşanın “Mister Ron” nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan

bakteriyalar aşkar edilib.

Spirtli içkilər arasında “Cəlilabad Şərab 2” ASC-yə məxsus  “Starıy mayak” nişanlı araq alddehidlərin miqdarına görə standartın tələblərinə cavab vermədiyi üzə çıxıb.

“Oba” nişanlı ət konservi və “Bebi” nişanlı uçaq qidası ilə bağlı araşdırmanın aparıldığı vurğulanıb.

Sevər ŞAKİRQIZI/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600