Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Halldorsson "Qarabağ"dan ayrılır? - Klubdan açıqlama

Reklam: High Technic

“Hannes Halldorssona görə bizə təklif gəlməyib”.

Bunu Yenicag.az-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov bildirib.

İslandiyalı qolkiperin Ağdam klubundan ayrılaraq ölkəsinin “Valur” klubuna keçəcəyi xəbərindən danışan İbrahimov bunu mətbuatdan oxuduqlarını bildirib.

Klub rəsmisinin sözlərinə görə, futbolçu “Qarabağ”dan ayrılmaqla bağlı rəhbərliyə müraciət etməyib. Halldorssonun özü də xəbəri şaiyə adlandırıb.

Qeyd edək ki, İslandiya mətbuatı Halldorssonun “Valur” və “Reykyavik”dən təklif aldığını yazıb.

Loading...

www.yenicag.az

1860
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100