Rusiyanın Perm vilayətinin 17 yaşlı sakini rəfiqələri ilə birlikdə həmyaşıdının mənzilinə soxularaq, onu amansızlıqla döyüb, saçlarını qoparıb və zorlayıb.
Yenicag.az bildirir ki, bu barədə yerli prokurorluğun məlumatını v-kurse.ru portalı yayıb.
Qısqanclıq zəminində baş verən dəhşətli hadisə Qubax şəhərində qeydə alınıb. İki nəfər 17 yaşlı qız bir oğlanı bölüşə bilməyib. Alyona Yeqor ilə bir neçə ay idi ki görüşürdü, lakin qız hamilə qalandan sonra Yeqor onu atır. Qısa müddət sonra gənc oğlan yeni qızla görüşməyə başlayır – bu, 17 yaşlı Svetlana idi.
SMS-lə başlayan mübahisə
Yeqorun yeni münasibətləri haqqında öyrənən Alyona, rəqibinə öz hamiləliyi haqda danışmağa qərar verir. O, Svetlanaya kobud formada SMS yazaraq, özünün hamilə olduğunu və Yeqordan əl çəkməsini deyir. Lakin yeni məşuqə Svetlana Alyonaya rədd cavabı verir: “Özün bizim həyatımızdan rədd ol!”.
Svetlana anlamırdı ki, onu hansı amansız işgəncələr gözləyir…
Kəskin cavab alan Alyona kömək üçün özündən yaşda böyük olan rəfiqələrinə müraciət edir. 20 yaşlı Katya və Marina ilə birlikdə dəhşətli cinayətin planı cızılır. Qızlar özləri ilə daha bir rəfiqəni – 16 yaşlı Anyanı da götürərək, Svetlananın mənzilinə yollanırlar. Bir gün əvvəl nənəsi ölən Svetlananın valideynləri dəfndə olduqları üçün, evdə Svetlanadan başqa heç kəs yox idi.
Bir neçə saat davamlı olaraq amansız işgəncələr verilir…
Mənfur “qızlar briqadası”nın bədbəxt Svetlanaya qarşı törətdikləri əməllər çətinliklə təsvirə təslim olur: rəfiqələr əvvəlcə qızı döyür, saçlarının əksəriyyətini qoparır, cinsiyyət orqanlarına xəsarətlər yetirirlər.
Bütün bunlarla yanaşı, ürəyi yumşalmayan qızlar hamamdakı duşu qopararaq, onun vasitəsi ilə öz qurbanlarını zorlayırlar.
Alyona (solda) və onun 20 yaşlı rəfiqəsi etdiklərindən peşiman deyillər
“Cəza əməliyyatı”nı bitirdikdən sonra, qızlar mənzildən noutbuk, telefon və başqa dəyərləri əşyaları götürərək, evi tərk edirlər.
Həkimlər şokda idi…
Amansız əzaba düçar olmuş qız təcili yardıma zəng vurur. Həkimlər qorxunc diaqnoz qoyur – onun cinsi orqanları darmadağın olmuşdu. Həkimlərin rəyinə görə, əməliyyatdan sonra ayılan Svetlananın heç vaxt övladı olmayacaq.
Qubax şəhər prokurorluqdan o da bildirilib ki, sadistlər artıq saxlanılıb: “seksual xarakterli zorakı hərəkətlər” və bir neçə başqa maddə ilə cinayət işi açılıb, hazırda şahidlər dindirilir, geniş araşdırma aparılır”.
Qeyd edək ki, qanun qoruyucuları yalnız Alyonanın rəfiqələrini saxlayıblar. Özünü isə hamiləlik səbəbindən həbs etməyiblər. Maraqlıdır ki, hər şeyi etiraf edən qızlar peşiman olmadıqlarını dilə gətiriblər. Hazırda rəfiqələr istintaq təcridxanasında məhkəmənin qərarını gözləyir.
Gənc sadistləri 15 il azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Zaur H.
www.yenicag.az