!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hara gedirsən, Azərbaycan futbolu?

!Reklam – Yazi

Futbolun vətəni İngiltərədirsə, Azərbaycan da onun məzarıdır. İngilislər də 20 komandalı çempionata Premyer Liqa deyir, biz də. Halbuki bu yaxınlarda haqqın rəhmətinə qovuşan məşhur ingilis fizik-nəzəriyyəçisi Stiven Hokinqin vətənindəki liqaların sayı, bizim Premyer Liqadakı klubların sayından çoxdur. Əslində bizimki Premyer yox, PremYERSİZ, yəni mənasız Liqadır.

Onlarda futbol mədəniyyəti var, bizdəkini isə mədə niyyətində olanlar idarə edir. Təsəvvür edin, mövsümün ortasında “Arsenal”ın prezidenti istefa verir və eyni gündə də “Liverpul”a rəhbər təyin olunsa, necə olar? İngiltərə kraliçası II Yelizavetanın canına and olsun Britaniyada aləm bir-birinə dəyər. Azarkeşlər ayağa qalxar, yer-yerindən oynayar.

Amma bizdə… Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postundan ayrılıb, “Neftçi”də eyni vəzifəyə təyin olması ciddi rezonans doğurmadı. Heç futbola nəzarət edənlər demədilər ki, ay bala, “where are you going?”

Niyə? Çünki bu təyinat AFFA-nın baş katibi Elxan Məmmədovun planı idi. Qapıbir qonşusunu 10 minlik maaş aldığı klubdan, ikiqat artıq məvacib alacağı “Neftçi”yə gətirdi. Ki, otur burda neftdən gələn pulları ye, mənim də faizimi unutma.

Bu kimi planlarla məhv etdilər Azərbaycan futbolunu. Sponsorlar qaçdı, klublar dağıldı. Şəxsi intiraqalara görə, Azərbaycan futbolunun bəzəyi olan “Xəzər Lənkəran”ı məhv etdilər. Hələ də yetirmələri Premyer Liqa klublarında top qovan, vaxtı ilə at oynadan “Bakı”nın avtobusunda isə indi paytaxtımıza gələn ərəb turistlər daşınır.

Hələ mən dəfələrlə birinci divizionda çempion olub, Premyer Liqa üzünə həsrət qalan bölgə klublarından danışmıram. Danışmıram ki, Tovuz kimi futbol məbədi sayılan bölgənin klubunun əvəzinə, “Səbail” Premyer Liqaya necə gəldi? Ümumiyyətlə, ölkə futboluna heç bir fayda verməyən klubu yaradıb, aşağı yaş qrupundakı uşaqları “”Qarabağ” sən kimsən, bizə qalib gələsən?” deyə, qışqırtmağa məcbur idilərmi? Neyləyək, qardaş, gözləri doymur da… Bəzi oliqarx balaları saxladıqları müğənnidən, gəzdiyi lüks avtomobildən bəh-bəhlə danışdığı kimi, bunlar da bir “kruqa” düşəndə klublarından söz açırlar.

İndi gəl sən bu ölkə futbolunu sev, yağışda, boranda çempionat oyununa get. Sonra da deyirlər ki, stadiona azarkeş gəlmir. Futbolu öz əlində oyuncağa çevirənlərin çempionatına niyə maraq olsun ki? Düşünün, Premyer Liqanın son turunda keçirilən 4 oyun zamanı ümumilikdə 6700 azarkeş qeydə alınıb. Onların 4 mini də Azərbaycan derbisi sayılan “Neftçi” və “Qarabağ” arasında keçirilən matçın payına düşür. Onu da unutmayaq ki, AFFA nümayəndələri azarkeşlərin sayını hesablayan zaman, matçın mühafizəsini təşkil edən polisləri də, oyunu işıqlandıran jurnalistləri də haqq-hesaba qatır.

4 oyuna gələn 6700 azarkeş bilirsiz nə deməkdir? Bu, heç Türkiyənin həvəskarlar liqasında keçirilən “Artvin Hopaspor” – “Kars 36” komandalarının oyununu izləyən fanatların yarısı belə deyil. Təsəvvür edin, qardaş ölkədə keçirilən həvəskarların qarşılaşmasını 15 min azarkeş izləyib. Niyə? Çünki onlar futbolu sevirlər, onlarda “Qalatasaray”ın prezidentini gətirib, “Fənərbaxça”ya təyin etmirlər. Klubları federasiya maliyyələşdirmir. Ona görə də, tribunada boş yer olmadığından, matçı yaxınlıqdakı binaların damına çıxıb izləyirlər.

Emin Səfərov

COP29

www.yenicag.az

2524
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv