“Harri Potter”-in ulduz aktyoru öldü

media-hightechnic-468x90

potterBöyük Britaniya kinosunun parlaq simalarından olan aktyor Alan Rikman 69 yaşında vəfat edib.
Sənətçi Londondakı evində xərçəng xəstəliyinin yaratdığı fəsadlardan dolayı keçinib.

Alan Rikman 21 fevral 1946-cı ildə Londonda anadan olub. O, teatr və kino karyerası boyunca prestijli “Qızıl Qlobus”, “BAFTA” mükafatlarının laureatı olub.

100-dən artıq bədii filmdə rol alan ulduz aktyor Azərbaycan tamaşaçısı üçün daha çox Brüs Uillisin baş rol aldığı “Məğlubedilməz” (1988) filmindəki terrorçu Hans Qruber rolu ilə və “Harri Potter” silsiləsindəki professor Severus Sneyp rolları ilə yaddaşlara həkk olunub.

O, 1977-ci ildən Rima Hortonla sevgi münasibətlərində olub. Cütlük 2012-ci ildə rəsmən evlənib. Onların övladı olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600