Hava şəraiti ilə bağlı kəskin xəbərdarlıq

media-hightechnic-468x90

69a678d545eac1c6f4182f099328cb7cMayın 5-dən 7-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir, temperatur 3-5 dərəcə düşəcək

Bakı və Abşeron yarımadasında mayın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 5-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Mayın 5-dən 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Mayın 5-də şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600