Hava şəraiti sabit olub, əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Martın 30-u saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə Yenicag.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qqar örtüyü tədricən əriyib. Şahdağda 14 sm olub.

 

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600