Həbib Nurməhəmmədov: “Daha nə edim?”

Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını başa vurmasının səbəbini açıqlayıb.

Yenicag.az xəbər verir ki, ESPN telekanalına müsahibə verən yüngül çəkidə UFC çempionu öz qərarını əsaslandırıb və gələcək planlarından danışıb.

“Mən kim olduğumu sübut etmək üçün peşəkar idmana gəldim və dünya çempionu oldum. Üç dəfə titulumu qorudum. Daha nə edim? Pula görə döyüşüm? Mənə pul lazım deyil”, – deyə Həbib bəyan edib.

Bununla yanaşı, idmançı gələcək planlarıyla da bölüşüb.

“Ailəmlə birlikdə keçirdiyim vaxtdan zövq alacağam. Mənim qardaşlarım hələ də döyüşməyə davam edirlər. Onlara dəstək olacağam. Mənim bir neçə biznes layihəm də var”, -deyə UFC çempionu bildirib.

Qeyd edək ki, H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 29 görüşün hamısını qələbə ilə başa vurub. Yenilməz döyüşçü ötən ilin oktyabrında karyerasını bitirdiyini açıqlayıb.

Loading...