Həbsxanaya telefon keçirmək istədi
Penitensiar xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Yenicag.az müsavat-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orxan İlqar oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş qohumu, Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Baxış zamanı ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.