Heç kim onun yanında oturmaq istəmədi
Türkiyə Hava Yollarına məxsus təyyarədə qəribə hadisə baş verib.
Təyyarədə olan sərnişinlərdən biri hər kəsi qorxuya salıb. Bədənində 453 ədəd pirsinqi olan alman vətəndaşı Bukxholzun yanına heç kim oturmaq istəmədiyi üçün təyyarə 1 saat gec uçuş edib.
Maraqlı hadisə dünən İstanbuldan Dubaya səfər edən təyyarədə baş verib. Dubayda keçiriləcək “Freak show” adlı nümayişə qatılmaq üçün İstanbula gələn alman vətəndaş Dubaya gedəcək təyyarəyə minməklə gərgin anlara səbəb olub. Dünyanın ən çox pirsinqinə sahib olan alman Ginnessin Rekordlar Kitabına düşüb.
Alman rekordçu xarici görünüşü ilə təyyarədəki insanları şoka salıb. Xeyli səylərdən sonra bir sərnişin, alman rekordçunun yanında oturmağı qəbul edib və təyyarə gec də olsa uçuş edə bilib.
Qeyd edək ki, Bukxholzun dodaq ətrafında 94, əzələlərində 25, burnunda 8 və digər yerlərində 278 olmaq üzrə ümumilikdə 453 pirsinqi var.