Hədəfdə “Fordo” BAZASI – İsrailin mümkün gizlin PLANI NƏDİR?
“Nüvə bazalarına hücum etmək planetimiz üçün riskdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullayev bildirib.
Politoloq İranın “Fordo” nüvə bazalarına İsrailin hücumunu şərh edərək bunun dünyada yaradacağı problemlərdən bəhs edib:
“İsrail-İran müharibəsi regional müharibədən artıq beynəlxalq geosiyasi proseslərə ciddi təsir edəcək müharibədir. Təkcə müharibə nüvə çirklənməsinə qədər gətirib çıxara bilər. İsrail “Fordo” nüvə bazasını vurmağa çalışır, eyni zamanda ABŞ-ni prosesə daxil etmək istəyir. Təbii ki, bu baza vurularsa bu qlobal nüvə çirklənməsinə, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaza mənfi təsir göstərə bilər. Düşünürəm ki, region ölkələri İsrailə ciddi təzyiq etməlidir. Ümumiyyətlə nüvə bazalarına ciddi hücum etmək ekoloji problemlərə gətirib çıxara bilər. Bundan həm də İsrail əziyyət çəkəcək”.
Analitik ərəb ölkələrinin bu müharibədə susqunluğundan şikayət edib:
“Ərəb ölkələri də bu müharibədə susqunluq nümayiş etdirir və İsrailə heç bir təzyiq etmir. İranı demək olar ki, İranı tərksilah etmək və ciddi zəiflətmək istəyirlər”.
M. Əsədullayev sonda qeyd edib ki, nüvə bazalarına hücum etmək planeti təhdid etməkdir:
“Mən hesab edirəm ki, nüvə bazalarına hücum etmək planeti təhdid etməkdir. Görünür İsrail də buna nail olmağa çalışır”
Nurlan Cəfəri