“Həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum” – Video

media-hightechnic-468x90

Paytaxtda narkotik gizlədən şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinə Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Sergey Musayevdə külli miqdarda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs rayon ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 7 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Sergey Musayev – Saxlanılan şəxs: “Narkotik vasitələri meşədən yığdım. Özüm istifadə edirəm. Fikirləşirdim ki, quruyandan sonra çəkərəm. Amma çəkə bilmədim. Polislər tərəfindən tutuldum. İndi həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum”.

Faktla bağlı Xəzər RPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600