Xəbər verdiyimiz kimi, Dünyanın ən köklü və prestijli hərrac evlərindən olan Sotheby’s, italyan sənətçi Maurizio Cattelan tərəfindən yaradılmış, 18 ayar qızıldan hazırlanmış məşhur “America” adlı əsəri Nyu-Yorkda satışa çıxarıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hərrac evindən verilən məlumata görə, tualet tam işlək vəziyyətdədir. İddiaçılar hərraca 10 milyon dollardan başlayıblar.
Son olaraq “Amerika” adlı sənət əsəri 12,1 milyon dollara satılıb. Alıcının adı qeyd olunmayıb. /Unikal/













