“Hər gün evimə müxtəlif insanlar gəlir, kömək istəyirlər”
Müğənni Röya Ayxan Murad Arifin “Solo” verilişində qazandığı pulları hara xərcləməsindən danışıb.
Sənətçi deyib ki, özünü xoşbəxt hiss edir: “Həyətimdə üç maşın dayanır. Hər gün evimə müxtəlif insanlar gəlir, xəstəsi üçün kömək istəyirlər. Ehtiyacı olanlara əl tuturam. İşçilərim xasiyyətimi bilir, mənə deməmiş kimisə əliboş qaytarmırlar. Bütün bunları etməyə gücüm çatırsa, deməli, xoşbəxtəm. Heç vaxt pul yığmıram. Çünki mənə düşmür. Dostlarım deyirdi ki, seyf al. Alıb gətirdim, başladım pul yığmağa. 20 minə təzə çatmışdı ki, xəstəxanalıq oldum, həmin məbləği müalicəyə xərclədim. Daha sonra söz verdim ki, heç vaxt pul yığmayacam. Sərmayə yatırmağı xoşlayıram. Pulumu müxtəlif məkanların alınmasına xərcləyirəm”.
Xəyallarından danışan Röya onları belə təsvir edib: “Xəyal qurmağı xoşlayıram. Bəzən onlarla yaşayıram. Xəyallarımda 4 uşağım var, müğənnilik etmirəm, toylara getmirəm. Yalnız ildə bir dəfə konsert verirəm”(axşam.az)