Zəlzələlərə qarşı alına biləcək tədbirlərdən biri də düzgün mobil proqramlara sahib olmaqdır. Özəlliklə də fövqəladə hallar üçün hazırlanmış bu proqramlar yer məlumatlarını paylaşaraq insanların yerini təyin etməyə və tibbi qrupların dərhal müdaxilə etməsinə imkan verir.
Yenicag.az zəlzələ zamanı işə yarayacaq mobil proqramların siyahısını təqdim edir.
“AFAD Emergency” mobil tətbiqi bir kliklə təcili zənglər edə bilər.
Tətbiq vasitəsilə internet üzərindən təcili zənglər etmək mümkündür. Bundan əlavə, təbii fəlakət zamanı səsli zəng etmək imkanı olmayan vətəndaşlar tətbiqdəki hazır mesajlardan istifadə edərək də əlaqə saxlaya bilərlər.
Qlobal bir applikasiya olan “earthquakes trace” vasitəsilə dünya üzərində baş verən bütün zəlzələləri görmək mümkündür.
“Lastquake” tətbiqində isə əvvəlcədən baş vermə ehtimalı olan zəlzələlər barədə məlumat ala və həmçinin də zəlzələ baş verərkən yaxınlarınıza mesaj yollaya bilərsiniz.
“EXA Tools” proqramı sadə vibrasiya ölçəndir. Telefonu masa və ya başqa bir düz səthin üzərinə qoyduqda tətbiq qeyri-adi vibrasiyaları aşkar edir və bu barədə xəbərdar edir. Tərtibatçılar bunun zəlzələlər, uçqunlar və digər vulkanik fəaliyyətlər üçün lazımlı bir vasitə olduğunu bildiriblər.
“My earhtquake alert” mobil tətbiqi də dünya üzrə baş verən bütün zəlzələləri maqnitudası ilə birlikdə göstərir.
www.yenicag.az