Hərbçi qəzalarının sayı niyə artır?

media-hightechnic-468x90

9999iSon vaxtlar hərbçilərin iştirakı ilə baş verən avtomobil qəzalarının sayı kəskin şəkildə artıb. Demək olar ki, həftədə ən azı 1-2 dəfə “hərbçilər qəzaya uğradı” başlıqlı xəbərləri oxumaq və yazmaq məcburiyyətindəyik. Bəs bunun əsl səbəbi nədir? Ekstremal vəziyyətdə, dağlıq, kəskin relyefə malik ərazilərdə avtomobil idarə etməli olan hərbçi günün günorta çağı asfaltda avtomobili idarə edə bilmir! Birdən müharibə başlasa necə olacaq? Ümumiyyətlə, məsələnin kökündə nə dayanır? Əslində bununla bağlı qeyri-rəsmi olaraq bir neçə versiya irəli sürülür. Həmin versiyalardan biri budur ki, hərbi hissələrdə avtomobillərin təmiri həmin avtomobilləri idarə edən sürücü-əsgərlərə “həvalə olunur”. Başqa bir fikrə görə isə həmin sürücülərin əksəriyyəti naşıdırlar. Bu və digər məsələlərlə bağlı ehtiyatda olan polkovnik-leytenant, tanınmış hərbi jurnalist Üzeyir Cəfərovun da fikirlərini öyrəndik. 

Ekspertin fikrincə, Azərbaycan ordusunda əsgər sürücülər peşəkar deyillər: “Ona görə də belə hadisələr baş verir. Bunun birinci səbəbini valideynlərdə görürəm. Bəzi valideynlər övladının rahat yerdə xidmət etməsini istəyirlər. Ona görə müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edirlər və faktiki olaraq övladlarını böyük bəlaya düçar edirlər. Onların əksəriyyətində təcrübə yoxdur. Ümumiyyətlə, 2-3 ay ərzində peşəkar sürücü olmaq mümkün deyil”. Ü.Cəfərov problemin digər səbəbini komandirlərdə görür. Onun fikrincə, bu məsələdə yerlərdəki komandirlərin çox böyük məsuliyyətsizliyi var. “Komandir düşünməlidir ki, bu təcrübəsiz insan həm özünü bədbəxt edəcək, həm də ətrafındakıları”-deyən ekspert bildirir ki, belə qəzaların sayının azalması üçün əsgərlərin xüsusi hazırlığına ehtiyac var: “Əvvəllər yerlərdəki hərbi komissarlıqların hesabına sürücülər hazırlanırdı və 500 kilometrlik marş həyata keçirilirdi. 500 kilometr elmi cəhətdən əsaslandırılmış məsafədir. Bizdə bu təcrübə tətbiq olunmadığına görə, hər ay saysız-hesabsız qəzaların şahidi olururuq”. 



Ü.Cəfərov sürücü əsgərlərin idarə etdikləri avtomobillərin ehtiyat hissələrinin onların “boyunan qoyulmağı” ilə bağlı məsələlərə də münasibət bildirib. Ekspert deyir ki, qəzaların çoxluğunun başqa bir səbəbi də məhz budur: “Bu gün ordu sıralarında xidmət edib edən əsgərlər bu faktı təsdiq edərlər ki, əsgərlərə maşınların ehtiyat hissləri heç də hər yerdə verilmir. Verilirsə də, çox cüzi hissəsi verilir. Yerdə qalan məsələlər əsgərin öz hesabına həll olunur. Bəzən əsgərin imkanı olmur. Ona görə də vaxtı ötmüş, istismar müddəti keçmiş ehtiyat hisslərdən istifadə edirlər. Bu da faciələrə səbəb olur”. 



Polkovnik-leytenant deyir ki, yararsız ehtiyat hissələrin istifadəsi yolverilməzdir və bu, cinayətdir. Onun sözlərinə görə, əksər hərbi hisslərdə maşının detalı sıradan çıxanda valideylərin pulu ilə bərpa olunur: “Onlar valideyni buna məcbur edirlər. Kim desə ki, belə şey yoxdur, o qeyri-səmimilik edir və bu cinayətə yol verənlərə bəraət vermiş olur”.

Qeyd edək ki, son 5 ayda Azərbaycan ordusu 72 hərbçisini itirib. Onlardan 10-u avtomobil qəzalarında dünyasını dəyişib. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600