Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbi ekspert: "Azərbaycan düşmənə sülh paktını imzalatdıracaq genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır"

Reklam: Sinerji Pro

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, nazirin sözlərində bəzi diqqət çəkən məqamlar var. Zakir Həsənov bildirib ki, David Tonoyan yalan danışır. O, bildirib ki, son hadisələr zamanı Azaərbaycan tərəfi ermənilərə layiqli cavab verib və bir müddət keçdikdən sonra onlar itkilərini açıqlayacaqlar.

Nazir tabor komandiri, mayor Aqil Ömərovun şəhid olması məsələsinə də toxunub. Zakir Həsənov bu haqda bunları deyib:

“Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub!”.

Nazirin səsləndirdiyi fikirləri hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a verdiyi açıqlamasında şərh edib.

Tərlan Eyvazov bildirib ki, Zakir Həsənovun dediyində həqiqət var, ermənilərin həqiqətən də cavabı layiqincə verilib:

“Həmişə olduğu kimi erməni tərəfi müəyyən itkiləri gizlədir. Paşinyan hakimiyyətə gəldikdən sonra cəbhədə atəşkəsin pozulma halları azalmışdı və nəticədə itkilərin də sayında azalma var idi. Ancaq son zamanlar ermənilərin məxsusi apardığı əməliyyat nəticəsində bizim mayorumuzun şəhid edilməsi onu göstərdi ki, erməni tərəfinin yenə avantürist planları var. Bütün bu olanları analiz edərək belə bir nəticəyə gəlmək olur ki, nədənsə Ermənistanda siyasi hakimiyyətini itirmiş və Paşinyana müxalif olan “Qarabağ klanı” müharibə arzulayır. Ermənilər bütün gücləri ilə Qarabağda təlimlər keçirirlər. Hətta bu təlimlərin özü belə Azərbaycan ordusunun Naxçıvan birləşməsinin apardığı təlim səviyyəsində deyil. Bütün bunları nəzərə aldıqda Ermənistan siyasi elitasının müharibəni başlatmaq ehtimalı suallar doğurur. Erməni tərəfinin son vaxtlar etdiyi təxribat cəhdlərinin qarşısında Azərbaycan tərəfi səbr nümayiş etdirdi və bütün təxribatlara səbrlə cavab verdi. Bu ictimaiyyət tərəfindən tənqidlə qarşılansa da, siyasi müstəvidə Azərbaycanın düzgün addım atdığını göstərir. Azərbaycan tərəfi bir daha bütün dünya ictimaiyyətinə, beynəlxalq institutlara göstərir ki, Türkiyə kimi tərəfdaşımız var, amma buna baxmayaraq bütün beynəlxaq qanunlara və normalara riayət edirik”.

Xatırladaq ki, Aqil Ömərov şəhid olan zaman bəzi ekspertlər “onun orada nə işi var idi?”, deyə suallar verdi. Müdafiə naziri isə açıqlamasında şəhid mayorun orada onun əmrini icra etdiyini dedi. Bu barədə danışan Tərlan Eyvazov qeyd edib ki, bu erməni tərəfinin təxribatı idi:

“Erməni tərəfi bunu etməklə düşündü ki, Azərbaycan tərəfi çox ciddi addım atar, ağır silahlarla qarşı tərəfi atəşə tutar və beləliklə də bizi təxribata çəkmiş olar. Amma Azərbaycan tərəfi bu şəraitdə çox böyük səbr nümayiş etdirərək buna getmədi. Aradan keçən vaxt göstərdi ki, Azərbaycanın atdığı bu addım doğrudur. Dövlət başçısının aldığı informasiyanı heç kim almır. Ölkə rəhbəri də, aldığı informasiyalar nəticəsində addımlar atır. Naxçıvanda Azərbaycan ordusu ilə Türkiyə ordusunun apardığı təlimlər Ermənistana, onun havadarlarına bir mesaj idi”.

Azərbaycanın atacağı addımlara gəldikdə isə, Tərlan Eyvazov bunları deyib:

“Azərbaycan lokal döyüşlərdənsə, genişmiqyaslı, düşmənə sülh paktını imzalatdıracaq hərbi əməliyyatlara başlamalıdır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

1534
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100