!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərbi ekspertdən PROQNOZ: “İranın raket ambarları və nüvə obyektləri vurulacaq”

!Reklam – Yazi

“İrana ağır zərbələr endiriləcək”.

Bu fikiri Yenicag.az-a açıqlamasında İran İsrail arasındakı gərginliyi dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, İran hücum etməklə son 30 ilin ən böyük səhvini etdi.

“İran İsrailə ümumilikdə 300-dən çox dron, raket göndərib. Bəzi mənbələr baş verənlərin danışılmış oyun olduğnu deyir. Ancaq bunun danışılmış bir iş olduğunu düşünmürəm. ABŞ rəsmi olaraq bəyan etdi ki, İsrailin yanında olacaqlar.

İranın göndərdiyi dron və raketlərin 99 faizi İsrail, ABŞ, İordaniya, bə Böyük Britaniya tərəfindən məhv edildi. Bayden bəyan etdi ki, bunu dayandırmaq lazımdır. Güman edirəm ki, proses dayanmayacaq”, – deyə o əlavə edib.

Hərbi ekspert vurğulayıb ki, İran böyük dövlətdir, ancaq səhv etdi:

“Yaxın vaxtlarda İsrail və ABŞ İrana zərbə endirəcək. İranın göndərdiyi dron və raketlər İsrailə düşsəydi, İsraildə İsraillik qalmazdı. Hesab edirəm ki, bunu cavabsız qoymayacaqlar. ABŞ və İsrail İranın nüvə obyektləri, raket ambarları və ötürücülərin yerləşdiyi məntəqələr vurulacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv