“Hesabıma pul ödəsinlər, onları məşhurlaşdırım”
Xalq artisti İlhamə Quliyeva “Gündəlik verilişinin qonağı olub.
Müğənni xarici şou-biznesə qatılan ifaçılara münasibət bildirib:
“Bizim vaxtımızda dövlət belə təşəbbüslər edirdi. Bizi xaricə konsertlərə göndərirdi. İndikilər gedirlər Amerikaya, orda on yəhudi ilə yemək yeyib, adını qoyurlar “konsert vermişik”. Hollivuda getdim, medallarla qayıtdım. Məni o qədər ölkəyə dəvət edirlər ki… Heç birini qəbul etmədim, etməyəcəm də. Marağım yoxdur. İndi hamı gedir xaricə, amma ortada heç nə yoxdur. Aygünün xeyir-duasını mən vermişəm, yaxşı da oldu”.
İ.Quliyeva, ondan qorxan şou-biznes nümayəndələrindən də danışıb:
“Məndən qorxmurlar, çəkinirlər, hörmət edirlər. Belə də olmalıdır. Kimdənsə çəkinmək lazımdır. Əgər məndən çəkinməsələr, onda İlhamə olmaram ki?! Bəziləri də var ki, mənim ünvanıma xoş sözlər demir. Elələri mənim üçün yaşamır, silmişəm onları, iqnora qoymuşam. Bəziləri istəyir ki, adlarını çəkib, onları piar edim. Bu işin də qanun-qaydası var. Bankda hesabım var, ora məbləğ ödəsinlər, mən də adlarını çəkim, reklam edim. Mənim heç kimin puluna ehtiyacım yoxdur, amma xaricdə də bu qayda var, mən onu Azərbaycanda tətbiq edirəm”(axşam.az).