Həsən Ruhani Rusiyaya gedir
İran Prezidenti Həsən Ruhani Xəzəryanı ölkələrin sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyaya səfər etməyi planlaşdırır.
Xəzəryanı ölkələrin IV sammiti bu ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində baş tutacaq.
Qeyd edək ki, Xəzəryanı ölkələr (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan, İran) 2003-cü ilin noyabr ayında Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə konvensiyasını imzalayıblar.